2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 11,587 milyon dollar təşkil edib.
Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyə Azərbaycana 3,574 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 33,7 faiz çoxdur.
2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin eyndi dövrü ilə müqayisədə 23,5 faiz artaraq 1,414 milyard dollara bərabər olub.
Son 12 ay ərzində (aprel 2020-ci il – aprel 2021-ci il) Türkiyə 4,026 milyard dollar məbləğində sement ixrac edib.
(Tərcümə: Orxan Nəbiyev)