Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana polad
ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artıraraq
37,9 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən
məlumat verilib.
Aprel ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin
eyni ayı ilə müqayisədə 31,5 faiz artaraq 9,2 milyon dollar
olub.
Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin
polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42.3 faiz artaraq
7.7 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində polad
ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 23,9 faiz
çoxdur
Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 24.6 milyard
dollar məbləğində polad ixrac edib.