2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə AzerTimes-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 90,9 faiz azalıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 9 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 2 678 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2020-cu ilin yanvar-mart ayları ilə müqayisədə 34,3 faiz azdır.
(Tərcümə: Orxan Nəbiyev)