Türkiyədən Azərbaycana ilk olaraq 165 nəfərlik şəxsi heyət qayıdıb – FHN bölmə rəisi

Türkiyəyə yollanan yanğınsöndürənlərimizin bir qrupu Azərbaycana qayıdıb. İlk qrup 165 nəfərdən ibarətdir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bölmə rəisi Məhəmməd Xəlilli bildirib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycandan 93 texnika, 736 nəfərlik şəxsi heyət Türkiyədə yanğınların söndürülməsinə cəlb olunub:

“Qardaş ölkə olduğundan qanımız bahasına olsa belə, xidmətimizi göstərdik. Bu, ölkə başçısının bizə tapşırığı idi. Yanğınsöndürmə işlərində türkiyəli mütəxəssislərlə birgə işlədik”.

Teqlər: