2021-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq 7,446 milyon dollar təşkil edib.
Bunu AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabata əsasən, iyul ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin iyulu ilə müqayisədə 57,3 faiz artıb və 6,604 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz artaraq 466 milyon dollar təşkil edib.
Son 12 ay ərzində (iyul 2020 – iyul 2021) Türkiyə 1,511 milyard manat məbləğində dəri məmulatı ixrac edib.
(Tərcümə: Orxan Nəbiyev)