Xəbər - Orxan Nəbiyev – Trend:
2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalaraq 9,084 milyon dollar təşkil edib.
Bu barədə AzerTimes-a Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 2,267 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar ayında ölkənin ümumi ixracının 16,8 faizini təşkil edib.
Son 12 ayda (yanvar 2020 – yanvar 2021) Türkiyə 25,416 milyard dollar məbləğində avtomobil ixrac edib.