AB-də enerji böhranı başlayandan bəri Türkiyədən Avropaya qış məhsulları, yorğan və soba ixracı artıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bursadakı tekstil firmasının sahibi Refik Ceylanın sözlərinə görə, Avropada enerji böhranı səbəbindən digər bölgələrdən gələn sifarişlərin əksəriyyəti Türkiyəyə yönləndirilib. Çünki logistika baxımından Türkiyə çox əlverişli mövqedədir.
Əsas tələblərin Almaniya, Fransa, İspaniya, İtaliya, Belçika və İsveçrə olduğunu bildirib.