Türkiyədən ABŞ-ın veto qərarına reaksiya: Bu qəbuledilməzdir!

Türkiyədən ABŞ-ın veto qərarına reaksiya: Bu qəbuledilməzdir!

Ötən gün verilən qərarından sonra Fələstində öldürülən hər uşağın, hər qadının əlindəki qanda ABŞ rəhbərliyinin də payı vardır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.

“Bu qəbuledilməzdir. Bəşəriyyət heç vaxt buna göz yuma bilməz”, – Qurtulmuş bildirib.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib və İsrail-Fələstin zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini bloklayıb.

Teqlər: