Türkiyədən ABŞ-a: Vədinə əməl et!

Türkiyədən ABŞ-a: Vədinə əməl et!

ABŞ Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı ilə bağlı anlayış göstərməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ tərəfinin belə bir əməliyyata etirazına cavab olaraq deyib.

“ABŞ bizdən yenidən dəyərləndirməyi istədi. Biz öz narahatlığımızı, fikirlərimizi çatdırdıq və vədlərinə əməl etmələrini xahiş etdik. Bizi anlamalı olduqlarını vurğuladıq”, – deyə Akar jurnalistlərə bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin H.Akarla telefon söhbətində Ankaranın Suriyadakı mümkün əməliyyatına qarşı olduqlarını söyləmişdi.

Teqlər: