Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, diqqət mərkəzində Suriya olub.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Xarici işlər naziri Hakan Fidan dekabrın 1-də ABŞ dövlət katibi Blinkenlə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu və bu kontekstdə mövqeyini müdafiə etdiyini bildirib. Gərginliyin azaldılması üçün Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının lazım olduğunu söyləyib. O, Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyinə də diqqət çəkib”, – mənbə bildirib”, – mənbə bildirib.
O, həmçinin əlavə edib ki, söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə edilib.
“Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olması üçün verdiyi vədlərə əməl etməlidir. O, Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini bildirib”, – deyə qeyd edilib.