Türkiyədəki zəlzələ ilə bağlı şok: 130 atom bombası…

Türkiyədəki zəlzələ ilə bağlı şok: 130 atom bombası…

Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücü 130 atom bombasının partlaması ilə müqayisə edilə bilər.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu geofizik Əhməd Ərcan “Duvar” qəzetinə deyib.

“Zəlzələ güclü idi. Maqnituda 7.4. Məhv gücü 11-dir. O, 130-a yaxın atom bombasının enerjisini buraxıb”, – geofizik deyib.

Alim yaxın iki-üç il ərzində episentrdən 200 kilometr radiusda gələcək güclü afterşoklar barədə xəbərdarlıq edib.

7,4 (bəzi mənbələrdə 7,7) bal gücündə ən güclü zəlzələ səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində baş verib. Bunun ardınca qonşu ölkələrdə – Suriya, İraq, Livan, Ermənistan, Gürcüstan və Kiprdə də hiss olunan bir sıra afterşoklar baş verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb. Ölənlərin sayı artıq 1500-ü keçib .

Teqlər: