Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda da hiss edilib.
AzerTimes xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.
O qeyd edib ki, həmin təkanlar çox kiçik silkələnmələrdir:
“Azərbaycan sərhədinə çatana qədər yeraltı təkanlar kifayət qədər zəifləyib”.