Türkiyə dövləti ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan 12 fransız məktəbinin fəaliyyətini tanımır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Yusif Təkin deyib.
O qeyd edib ki, Türkiyə Təhsil Nazirliyinə hesabat vermədiyi üçün həmin məktəblərdə təhsil alanların sayını bilmir:
“Bu məktəblər ölkənin qanunvericilik çərçivəsindən kənarda fəaliyyət göstərir. Əgər Fransa tərəfi öz mövqeyinə yenidən baxarsa, o zaman təhsil prosesi ilə bağlı heç bir şikayət olmayacaq. Əks halda, Təhsil Nazirliyi onların fəaliyyətini rədd edir”.
Təkin xatırladıb ki, Ankara bu məsələni Paris qarşısında üç dəfə (1993, 1998 və 2000-ci illərdə) qaldırıb, lakin Fransa tərəfi hər dəfə Türkiyənin tələblərinə məhəl qoymayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik artıq 12 fransız məktəbinə qarşı hüquqi prosedurlara əl atıb.