Türkiyədəki Azərbaycan diaspor təşkilatları və KİV-lər Oxçuçayda törədilən ekoterrora etiraz edirlər

Türkiyədə fəaliyyət göstərən 75 diaspor təşkilatı və kütləvi informasiya vasitələri (KİV) Ermənistan və Almaniya şirkətlərinin Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bəyanatda yaranmış vəziyyət açıq-aşkar ekoterror fəaliyyəti kimi qiymətləndirilib: “Qonşu ölkələr unutmamalıdır ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür. Nəticədə çaydakı çirklilik səviyyəsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa zəhərləyici təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir”.

Bəyanat müəllifləri Almaniyanın “Cronimet” şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb edib: “Təbii ehtiyatların, eləcə də mədən məhsullarının istismarı ilə məşğul olan bütün şirkətlər, dünyanın hansı ölkəsində fəaliyyət göstərmələrindən asılı olmayaraq, ekoloji təmizliyin qorunması ilə bağlı beynəlxalq konvensiyaların şərtlərinə əməl etməyə borcludur. Birmənalı olaraq ifadə edirik ki, Oxçuçayın məhv edilməsi ekoloji terror aktıdır və buna görə Ermənistan hökuməti ilə Almaniyanın “Cronimet” şirkəti beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar”.

Yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyinə diqqəti cəlb edən bəyanat müəllifləri beynəlxalq təşkilatları Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırıblar.

Türk və ingilis dillərində beynəlxalq təşkilatlara, o cümlədən “Cronimet” şirkətinin Almaniyadakı baş ofisinə və İstanbul şəhərindəki nümayəndəliyinə göndərilən bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi

Hatay Azərbaycan Evi

Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi

Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi

İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Azərbaycan Təhsil və Kültür Dərnəyi

Eskişəhər Azərbaycanlılar Dərnəyi

Gənc Azərbaycanlılar Dərnəyi

Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası

Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi

Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi

Türkiyə Azərbaycan Dərnəyi

Iğdır Azərbaycan Evi

Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi

İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi

İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi

Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi

Çağdaş Azərbaycan Kültür Dərnəyi

Ədirnə Azərbaycan Evi Dərnəyi

Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi

Azərbaycanlı Həkimlər Dərnəyi

İstanbul-Azərbaycan Dostluq Dərnəyi

“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi

Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi

“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi

Anka – Azərbaycan Rəqs və Sənət Klubu

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi

Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi

İstanbul Azərbaycan Kültür Evi

İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi

Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi

Balıkesir Azərbaycan Evi Dərnəyi

“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi

Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi

“Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi

Azərbaycan Gənclərinin İstanbul Hərəkatı

İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu

Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu

Düzce Üniversitesi Türk Dünyası Topluluğu

Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu

Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi

Konya Azərbaycanlı Tələbələr Birliyi

Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu

Manisa Azərbaycanlı Tələbələr Birliyi

Kayseri Azərbaycanlı Tələbələr Birliyi

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

Azərbaycan Kipr Dostluq Cəmiyyəti

Azərbaycan – Kipr Gənclər Təşkilatı

Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi

Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi

“Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”

Qars Azərbaycan Evi Dərnəyi

İğdır Vakfı

Azərbaycan Çanaqqala Dərnəyi

“Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”

”Azərbaycan Deyincə” Dərnəyi

AzArt – Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu

Alanya Azərbaycanlılar Dərnəyi

Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi

Azərbaycan Kültür Mərkəzi Dərnəyi

Türkiyə Anadolu Aydınlar Ocağı

Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu

Türk Kültür Platformu

“Yeşil İğdır” qəzeti

Kars Hüryurt Gazetesi

Teqlər: