Türkiyədə zəlzələ: sunami xəbərdarlığı elan olundu

Türkiyədə zəlzələ: sunami xəbərdarlığı elan olundu

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ olub.

Teqlər: