Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Yeraltı təkanlar ötən gün yerli vaxtla saat 17:06 (18:06 Bakı vaxtı) Çorum vilayətinin Dodurga rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11,22 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.