Türkiyənin Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki paylaşım edib.
“Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”, – nazir qeyd edib.