09:41
Türkiyənin qərbində 4,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 10 kilometr cənub-şərqdə, Egey dənizi sahilində yerləşib.
***
Zəlzələ zamanı infarkt keçirən şəxs xəstəxanada ölüb.
Türkiyənin NTV kanalı daha 8 nəfər yaralandığını açıqlayıb.