Türkiyədə Zəfər Günü qeyd olunacaq

Türkiyədə Zəfər Günü qeyd olunacaq

Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək.

AzerTimes xəbər verir ki, Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Deputatlarımız 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.

Teqlər: