Türkiyədə Egey dənizinin sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 20:09-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib.
Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.