Türkiyənin “Baykar” şirkəti yeni pilotsuz uçuş aparatının (PUA)
istehsalına başlayıb.
Trend-in
məlumatına görə, bu barədə şirkətin texniki direktoru Səlcuq
Bayraktar öz “Twitter” səhifəsində elan edib.
O bildirib ki, “Kızılelma” adlı yeni pilotsuz hərbi uçuş aparatı
tezliklə təqdim olunacaq.
Qeyd edək ki, “Kızılelma”nın prototipi 3,5 il əvvəl təqdim
olunmuşdu.