Türkiyənin Bingöl şəhərində 4.2 maqnitudalı zəlzələ baş verib.
Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, zəlzələ Türkiyə vaxtı ilə saat 12:22-də Kalıova qəsəbəsndə qeydə alınıb. Zəlzələ ocağı 9 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar yoxdur.
Xatırladaq ki, 30 oktyabrda İzmirdə baş vermiş 6.6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olmuş, 1035 nəfər yaralanmışdı.