Türkiyədə yasdan sonra 54 nəfər xəstəxanaya müraciət etdi

Türkiyədə yasdan sonra 54 nəfər xəstəxanaya müraciət etdi

Türkiyədə 54 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Sivasın Hafik rayonunda yas mərasimindən sonra özlərini pis hiss etdikləri üçün tibb müəssisəsinə aparılıb.

Mədə ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən 54 nəfərdən 5-nin vəziyyəti daha ağırdır.

Teqlər: