Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı

Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfəri saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerliqaya məlumat verib.

Bildirilib ki, onlardan dördü cümə günü axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, hazırda beş vilayətdə – İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter və 11 təyyarə, 366 quru qüvvəsi, Rusiyanın Be-200 amfibiya təyyarəsi iştirak edir.

Azərbaycan da Be-200 təyyarəsini göndərib.

Teqlər: