Ankara Türkiyənin Suriya və İraqla sərhədinə yaxın ərazidə 12 nəfərin ölümü, 78 nəfərin yaralanması ilə nəticələnən kənd təsərrüfatı sahəsindəki yanğını nəzarətə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, yanğın cümə axşamı axşam saatlarında samanın yanması nəticəsində başlayıb və güclü külək səbəbindən yayılıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə bildirib ki, səlahiyyətlilər yanğının səbəbi ilə bağlı araşdırmalara başlayıb.