Türkiyənin Ədirnə şəhərində yağ istehsal edilən müəssisədə yanğın baş verib.
AzerTimes Türkiyə mətbuatına istinadən xəbər verir ki, fabrikin Ədirnə-Havsa yolunda yerləşdiyi bildirilib.
Yanğının hansı səbəbdən meydana gəldiyi bəlli deyil.
Əraziyə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım və jandarm qüvvələri cəlb edilib.