Türkiyə mətbuatında gedən yazılara görə, Türkiyədə vətəndaşlıq almaq prosesi çətinləşdirilir.
AzerTimes xəbər verir ki, bu barədə qardaş ölkə mediası yazıb.
Bildirilir ki, artıq Türkiyədə ailə qurmaq və mənzil almaq kifayət deyil, vətəndaşlıq üçün Türkiyə DİN, MİT və İnterpolun da rəyləri lazım gələcək.
Səbəb kimi isə bəzi beynəlxalq qruplaşmaların nümayəndələrinin Türkiyə vətəndaşlığını almağa cəhd etməsi göstərilib.