Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə mayın 17-dən etibarən iri alış-veriş mərkəzlərinin fəaliyyəti bərpa olunur.
AzerTimes-ın məlumatına görə, bu barədəTürkiyə Nazirlər Kabinetinin pandemiya ilə bağlı sərt qapanma tədbirlərinin yumşaldılması tədbirləri çərçivəsində verilən qərarında deyilir.
Qərara əsasən, “mall”ar həftə içi saat 10:00-20:00 arasında işləyəcək. Həftəsonunda isə ticarət mərkəzləri bağlı qalacaq.
Eyni zamanda, ölkədə idman zalları, hovuzlar, çay evləri və kinoteatrlar bağlı qalacaq.
Qeyd edək ki, Nazirlər Kabineti Türkiyədə vaksinin hər iki dozasını qəbul etmiş 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaq məhdudiyyətini aradan qaldırıb.