Şanlıurfada terror aktının qarşısı alınıb.
AzerTimes-ın TurkicWorld-a
istinadən məlumatına görə, ərəb əsilli İŞİD terrorçusu şəhərin
mərkəzində terror hücumu planlaşdırıb. İlkin məlumata görə,
terrorçu zərərsizləşdirildikdən sonra polis şəhərin bir çox
ünvanlarında axtarış tədbirləri həyata keçirib.
Əməliyyatın təfərrüatları haqqında məlumat verilməyib.
Qeyd edək ki, ölkədə terrorçulara qarşı əməliyyatlar fasiləsiz
davam edir. Bu ilin əvvəlindən Türkiyə polisi İŞİD-in ümumilikdə 10
kamikadze hücum cəhdinin qarşısını alıb.