“Akit” Media Qrupunun İstanbulun Küçükçekmece rayonunda yerləşən binasında yanğın baş verib.
AzerTimes yerli mediaya istinadən verir ki, “Yeni Akit” qəzetinin və televiziyasının da yerləşdiyi 11 mərtəbəli binanın böyük hissəsini alovlar bürüyüb.
Binadakı işçilər binanı tərk ediblər.
Dərhal xilasetmə və sağlamlıq qruplarına məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.