Türkiyədə tələbələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 17 nəfər yaralanıb

Türkiyədə tələbələri daşıyan mikroavtobus yük maşını ilə
toqquşub.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza
Qaziantep-Osmaniye yolunda baş verib. Qəza nəticəsində 17 nəfər
xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara
yerləşdirilib.

Bildirilir ki, qəza ilə bağlı polislər tərəfindən araşdırma
aparılır.