Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Yerli səlahiyyətlilər valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobusun Midyat-Ömərli magistral yolunda aşdığını bildirib. Qəzanın səbəbləri araşdırılır.
Yaralılar yerli xəstəxanalara çatdırılıb.