Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Hazırda Türkiyənin ali təhsil müəssisələrində 25 mindən çox azərbaycanlı tələbə təhsil alır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Nihat Büyükbaş “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı isə 3 mini ötüb.


“Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinin tarixi böyükdür. Bu əlaqələr hələ Osmanlı dövründə başlayıb və ötən əsrin 90-cı illərindən etibarən sürətlə inkişaf edir” – deyə, o bildirib.

Teqlər: