Türkiyənin Mersin şəhərindəki tarixi xalq kitabxanası yanıb.
AzerTimes xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Yanğın yanğınsöndürənlərin səyi nəticəsində söndürülsə də, bina demək olar ki, yararsız hala düşüb.
Qeyd edək ki, yanğının səbəbi hələ ki, məlum deyil.