Türkiyədə sürətli bahalaşma başladı

Türkiyədə sürətli bahalaşma başladı

Qardaş Türkiyədə ərzaq və geyim malları da daxil olmaqla, bütün sahələrdə sürətli bahalaşma başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Yenipress.az-a qardaş ölkədə yaşayan azərbaycanlılar məlumat verib.

Bildirilib ki, son 3 gündə ərzaq, geyim və xidmət sahələrində qiymət artımı artıq 20 faizə çatır. Bahalaşmanın hər gün baş verdiyi, eyni malın bir gün ərzində 7-8 faiz bahalaşması müşahidə olunur.

Soydaşlarımız bildirir ki, bahalaşmaya səbəb minimum əmək haqqının kəskin artırılması barədə Türkiyə hökumətinin qərarıdır. Belə ki, 2023-cü ilin yanvarından başlayaraq, Türkiyədə minimum əmək haqqı 5500 lirədən 8500 lirəyə qaldırılıb. Qərarın elan olunması ilə artıq indidən bütün məhsullara “zam” gəlməyə başlayıb.

Məlumata görə, ümumilikdə qiymətlər son 3 ayda iki dəfəyə yaxın qalxıb.

Dalğalanmanın nə qədər davam edəcəyini heç kəs bilmir.

Teqlər: