Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə Rusiyanın “Sputnik V” koronavirus vaksininin istehsalı ilə bağlı razılıq əldə edilib.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib
Qeyd olunur ki, vaksinin Türkiyədəki istehsalını “VisCoran İlaç” şirkəti həyata keçirəcək.
İstehsal prosesinin yaxın aylarda müxtəlif bölgələrdə başlayacağı deyilir.
Qeyd edək ki, “Sputnik V” vaksini hazırda 61 ölkədə istifadə üçün təsdiq edilib.