Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 129 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 656 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 7 112 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 256 516 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 9 457 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 124 981 nəfər təşkil edir.