Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 207 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 45 626 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 9 385 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 160 423 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 9 271 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 989 787 nəfər təşkil edir.