Türkiyədə son sutkada koronavirusdan 9 231 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 63 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 290 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 14 046 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 835 989 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 9 231 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 659 093 nəfər təşkil edir.