Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 67 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 29 227 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 14 556 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 821 943 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 9 193 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 649 862 nəfər təşkil edir.