Türkiyədə son sutkada koronavirusdan 81 302 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 373 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 40 504 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 28 817 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 849 408 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 81 302 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 405 199 nəfər təşkil edir.

Teqlər: