Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 129 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 605 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 279 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 457 118 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 902 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 340 216 nəfər təşkil edir.