Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 113 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 467 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 909 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 508 988 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 815 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 396 199 nəfər təşkil edir.