Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 120 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 237 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 795yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 492 977 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 639 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 379 070 nəfər təşkil edir.