Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 103 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 900 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 8 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 539 559 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 567 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 449 273 nəfər təşkil edir.