Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 114 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 882 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 6 602 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 270 299 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 8 540 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 139 993 nəfər təşkil edir.