Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 117 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 354 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 8 102 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 501 079 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 314 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 387 384 nəfər təşkil edir.