Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 340 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 40 844 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 25 980 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 875 388 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 75 182 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 480 381 nəfər təşkil edir.