Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 68 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 706 nəfərə çatıb.


Məlumata əsasən, ölkədə 11 837 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 723 316 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 892 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 586 073 nəfər təşkil edir.