Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 62 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 901 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 11 302 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 757 460 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 711 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 608 848 nəfər təşkil edir.